fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Siyasi məhbuslar hökümətin qorxusudur, yoxsa alver predimetidir?

17 January 2018
Leyla Mustafayeva qızı ilə.

Azərbaycandakı siyasi məhbusların sayı Avropanın tərtib etdiyi siyahıda ən yüskək göstəricilər sırasındadı. Bu təzyiqlər təkcə jurnalistləri, aktivistləri və ya müxalifətçiləri qorxutmaq məqsədi daşımır, həm də xarici siyasətdə alver məsədi kimi də istifadə olunur.

“Gəldiyimiz gündən atasını soruşur, deyir, ana daha biz də uzaqlara gəldik görəsən atam da burdadır?!”

Bu sözləri hazırda həbsdə olan siyasi məhbus Əfqan Muxtarlının yoldaşı araşdırmaçı jurnalist Leyla Mustafayeva deyir. Bildirir ki, 3 yaşlı qızı Nurayı atasının həbsdə olduğundan xəbərsiz, onun uzaqlarda olduğu yalanına inandırıb.

Əfqan Muxtarlının qızı Nuray anası Leyla Mustafayeva ilə birlikdə Almaniyaya köçüb. Əfqan Muxtarlı bu ilin may ayında 2015-ci ildən sığındığı Gürcüstanın Tbilisi şəhərində yoxa çıxıb və ertəsi gün Azərbaycanın Bakı şəhərində istintaq idarəsində peyda olmuşdu. Onun Gürcüstandan oğurlanaraq Azərbaycana təhvil verilməsini və həbsinin siyasi motivli olmasını Avropa Birliyi öz bəyənatında bildirib.

Cəmiyyətdə həmişə hökümətin repressiyaları ilə bağlı bu suallar ətrafında diskussiyalar gedir. Aktiv fəaliyyəti olan jurnalist, hüquq müdafiəçisi və ya siyasətçiləri niyə həbs edilirlər? Həqiqətən hökümət onların fəaliyyətlərindən qorxurmu? Yoxsa bu həbslərin arxasında başqa siyasi maraqlar dayanır?

Əfqan Muxtarlıın xanımı araşdırmaçı jurnalist Leyla Mustafayeva deyir ki, hökümət siyasi məhbusların həbsini əsasən öz sözlərini, tələblərini qərb ökələri ilə siyasi müzakirələrdə həyata keçirməkdə alver etmək üçün istifadə edir.

“Hər dəfə siyasi məhbuslar azadlığa buraxılanda ağlıma gələn ilk sual o olur ki, görəsən indi onların əvəzinə kimləri həbs edəcəklər. Azərbaycanda siyasi məhbusların sayı kvotaya çevrilib. Hökumət azadlığa buraxılanların yerini mütləq yeniləri ilə doldurur. Təbii ki, həbslər cəmiyyətin aktiv kəsiminin üzvlərinin tənqidi səslərinin boğulması və insanların gözünü qorxutmaq xarakteri də daşıyır. Siyasi məhbuslar qərb ölkələrindən nələrinsə qoparılmsı müqabilində azadlığa buraxılıb. Bu proses hər il çarx kimi eyni axarla fırlanır”.

Leyla Mustafayeva deyir ki, Əfqan Muxtarlının həbs edilməsinin səbəbi əsasən hakim ailənin korrupsiya əməllərindən bəhs edən yazıları olub.

“Əfqan Muxtarlı Tiflisdə yaşadığımız evin 100 metrliyində evə gələrkən Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanları tərəfindən oğurlanaraq ölkəyə gətirilib və həbs olunub. O, sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və sərhədçini vurmaqda günahlandırılır. Onun bu şəkildə həbsinin əsas səbəblərindən biri prezident İlham Əliyevin ailə üzvlərinin Gürcüstandakı biznesini araşdırması idi. Hakim ailə onların biznesinin araşdıran jurnalistləri bağışlamır və onları mütləq cəzalandırır. Əfqanın təşkilatçılığı ilə Tiflisdəki Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyaları Azərbaycan hökumətinin xaricdə milyonlar bahasına qurduğu imici darmadağın edirdi. Onu həm də bunun qarşısını almaq üçün həbs etdilər”.

Son günlərin ən yadda qalan ən qısa sürəli həbsi Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin avqust ayının 24 də saxlanılaraq həbs edilməsi və 17 gün sonra azadlığa buraxılması oldu. Azadlığa çıxmasında ABŞ hökümətinin rolundan danışan Mehman Əliyev deyir ki, bəzən bu alver və ya sövdələşmələr hökümət üçün əksinə zərərlə başa gəlir.

“Azərbaycan hakimiyyəti ilk növbədə tənqidi səslərdən qorxur. Onlar bundan qorxmasaydı media sahəsini nəzarət altına almazdı. Həbsin səbəbi bu idi. Danılmzdır ki, ABŞ həqiqətən mənim azad olunmağımda həlledici rol oynadı. Amma hakimiyyətə bu baş ağrısı lazım deyildi. Onlar mənim azad olunmağım məsələsində belə prinsipial mövqe olacağını gözləmirdi. Yalnız ABŞ Senatının, azad edilməsəm, həbsimdə əli olan məmurların sanksiya siyahısını elan etməklə hədələməsini yeganə sövdələşmə adlandırmaq olar. Hakimiyyət bundan heç nə qazanmadı, əksinə, itirdi. Məsələn, Əliyevin sentyabrın 19-20-də ABŞ-a səfəri zamanı prezident Trampla görüşü hazılanırdı. Amerika tərəfi mənim həbsimlə əlaqədar görüşdən imtina etdi”.

İlkin Rüstəmzadə

Mehman Əliyev Cinayət Məcəlləsinin vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui istifadə və qanunsuz sahibkarlıqda ittiham edilirdi.

Azərbaycanda siyasi baxışlarına görə, həbs edilən aktivist, jurnalist və insan haqqları müdafiəçilərinin sayı durmadan artır.

Hazırda Azərbaycanda 100-dəm çox siyasi məhbus var. Siyahını 2017-ci ilin avqustun 28-dək daxil olan məlumatlar üzrə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup hazırlayıb.

Qrupun üzvü Rəsul Cəfərov deyir ki, siyahı barədə dəqiq rəqəmlər demək çətindir çüki, mütəmadi olaraq ya kimlərsə azad edilir ya da həbs edilir.

Siyahıda adı olan Nida Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin anası Atlas Hüseynova deyir ki, hökümət əqidəli, ətrafına ağıllı gəncləri toplaya bilən hər kəsdən ehtiyyatlanır və etirazını bildirənləri cəzalandırır.

Bildiri ki, onları həbs etmək həm onları susdurmaq həm də bu fikirli insanların gözünü qorxutmaq məqsədi daşıyır.

İ.Rüstəmzadə 2013-cü ildə kütləvi iğtişaşların təşkilində günahlandırılır və 8 il azadlıqdan məhrum edilib. O 4 ildir ki, həbsdədir.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, bu həbslərin arxasında hər iki səbəb dayanır; aktiv siyasi fəaliyyəti olan insanlardan qorxaraq susdurmaq və gərək olduğunda müəyyən qurumlarla alver etmək.

“Həbsdə olan bir çox insanlar misal üçün İlqar Məmmədov höküməti həqiqətən qorxusuna çevrilmiş adam idi. Çünki hazırki hökümət ətrafına güclü insanlar toplaya bilən, islahatlar aparmaq gücünə malik hər kəsi özlərinə təhlükə hesab edirlər. Məsələn mənim həbsim sırf hakim ailənin korrupsiya məsələlərini işıqlandırmağıma görə idi. Çünki Əlieyevlər ailəsi xüsusən belə halları bağışlaya bilmir və cəzalandırmağa çalışır”.

Xədicə İsmayıl deyir ki, eyni zamanda qərb diplomatları və ya Amerika kimi nəhəng ölkələrlə nələrisə əldə etmək məqamlarında həbsdə olan siyasi məhbusların həmin istəklər qarşılığında azadlığını alver predimeti kimi ortaya qoyurlar.

“Məsələn mən həbsdə olduğum zamanlar da bunu dəfələrlə etməyə cəhd edildi. Mənimlə həbsxanaya gələn beynəlxalq təşkilatlarla görüşümdə də ilk cümləm o olurdu ki, əgər hansısa razılaşmaya gedəcəksizsə mənə o azadlıq lazım deyil”.

Xədicə İsmayıl 2015 ci ildə həbsxanadan göndərdiyi məktubda da Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq olmadığını yazmışdı.

Xədicə İsmayıl 2014 cü ilin dekabrın 5 də mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilmişdi. 2016-cı ildə isə azadlığa buraxılıb. Araşdırmaçı jurnalist azadlığa buraxılmasına səbəb kimi onun həbsindən sonra dünyadakı araşdırmaçı jurnalistlərin “Xədicə layihəsi” başladaraq Azərbaycanla bağlı araşdırmaları daha geniş vüsətdə davam etdirilməsinin və UNESCO-nun sülhməramlı səfiri olan Mehriban Əliyevanın səfirlikdən  çıxarılmasını gündəmə gətirilməsi olduğunu deyir.

Xədicə İsmayıl

Müsavat partiyasının başqan müavini Elman Fəttah deyir ki, 1993-cü ildən siyasi məhbus məsələsi Əliyevlərin hakimiyyətdə qalmaq maraqlarına xidmət edib. “Siyasi məhbusların olmasında hakimiyətin bir neçə məqsədi var. Birincisi hakimiyətə qarşı formalaşa biləcək etiraz hərəkatının qarşısını almaq. Bununla da hakimiyyət cəmiyyətə aktiv siyasi fəaliyətin ağır bədəlləri olduğu mesajını verir. İkincisi isə Azərbaycan hakimiyyəti beynəlxalq qurumlarla masaya oturarkən bu problemləri qabardıb hakimiyyətlərinin gələcəyi üçün risklər yaradacaq mühüm siyasi islahatların müzakirəsindən yayınırlar”.

Danışılanlardan fərqli olaraq Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediaya açıqlamasında deyib ki, ümumiyyətlə Azərbaycanda siyasi məhbus yoxdur.

“Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə bu və ya digər şəkildə cinayət törədən şəxslər var. Peşə fəaliyyətindən, partiya məsubiyyətindən asılı olmayaraq, hər bir insan törətdiyi əmələ cavab verməlidir. Ona görə də, bu insanların hamısı qanun qarşısında bərabərdirlər və əgər cinayət törədiblərsə, qanun qarşısında da cavab verməlidirlər”.

Azərbaycanda aktiv insanların hansı məqsədlə həbs edilməsi məsələsini politoloq Rauf Mirqədirov izah edir. Bildirir ki, həbs olunanlar hökümətin qorxusu nəticəsində baş vermir, hökümət sadəcə dəmir dabanını nümayiş etdirir. Politoloq deyir ki, hazırda hakimiyyəti qorxudacaq siyasi güc, xüsusən də siyasi mühit yoxdur.

“Ümimiyyətlə dövlətlərin xüusiyyəti budur ki, azadlıqları məhdudlaşdırsınlar. Xüsusən də bu Azərbaycan kimi avtoritar ölkələrdə qabarıq görünür. O ölkədəki cəmiyyətin müqavimət gücü var orda demokratiyanı da görmək olur. Məsələn qonşu Gürcüstanda baxmayaraq ki, korrupsiya və ya antidemokratik seçkilər var, yenə də regionda azadlığını nisbətən qoruyub saxlaya bilir”.

Politoloq deyir ki, məhbus siyahısı uzandıqca hökümətin qərb institutları ilə dialoqlarının da mövzusu dəyişirilib.

“Bundan əvvəlki illərə yəni, 1999–2000 ci illərə nəzər salanda görürük ki, o vaxtlar qərb institutları ilə müzakirələr iqtisadi və ya təhsil islahatları barədə gedirdisə hazırki söhbətlər əsasən kiminsə azadlığına yönəlir, danışıqlar siyasi alverə çevrilib”.

“Freedom House” (Azadlıq Evi) Azərbaycanda insan haqlarının vəziyyəti və media azadlığı ilə bağlı hesabatlar hazırlayan beynəlxalq təşkilatdır. Təkilatın Azərbaycan üzrə layihəsinin koordinatoru Tamara Qrigoriyeva deyir ki, Azərbaycanda baş verən həbslərin heç bir məntiqi təhlili yoxdur.

“Hökümət müəyyən aktivistlərdən qorxduğu üçün onları həbsdə saxlayır. Yəqin ki, əsas fəalları həbs etməklə, ağır işgəncə və təhdid altında saxlamaqla digər cəmiyyət kəsimini qorxutmaq istəyirlər. Məqsəd odur ki, danışmayasan və nəticələrin harda bitəcəyini biləsən. Əlbəttə ki, Azərbaycan höküməti həbsdən azad edilən siyasi məhbus sistemini qərb hökümətləri və çoxtərəfli qurumlarla danışıqlarda istifadə edəcəyi dönər bir qapıya çevirib. Bu hərəkətlərin arxasında az məntiqli, çox az impulsiv insanların əlində cəmlənmiş hakim bir sistemdən danışırıq deyə hökümətin niyə aktivistləri həbs etməsiylə bağlı gəlinəcək konkret nöqtə yoxdu”.

Əfqan Muxtarlının qızı Nuray uzaqlarda olduğuna inandığı atasını tapmağın xəyalı ilə bəlkə də anasına yüzlərlə suallar verəcək. O ümidlə ki, bir gün dəmir barmaqlıqlar arxasından olan atası azad olub onu arzusuna qovuşduracaq.